Fokus

İki roman eyni gündə təqdim edilir: "SUM" və "Yosma"

Təqdimat 15 noyabr saat 16:00-da Misra Book Cafe-də keçiriləcək

Nargin - Sənət adası•14 noyabr 2026•2 dəqiqəlik oxu• 3 oxunma
İki roman eyni gündə təqdim edilir: "SUM" və "Yosma"

İki azərbaycanlı müəllif yeni romanlarını təqdim edir.

Nargin.Az xəbər verir ki, yazarlar Sərdar Amin və Məlik Rza yeni nəşr olunmuş nəsr əsərlərini oxuculara təqdim edir. Hər iki kitabın imza mərasimi eyni tədbirdə baş tutacaq.

Təqdimat 15 noyabr saat 16:00-da Misra Book Cafe-də keçiriləcək.

Qeyd edək ki, Məlik Rzanın "SUM" romanında babasından qalan fotoalbomun izinə düşən bir gənc şəkillərin arxasında gizlənmiş ailə sirlərinə, palçıq rəngli sovet binalarının Günəş sarısı pəncərələrinin o tayındakı əsrarlı dünyaya, şəhərin unudulmuş yaddaşına doğru yol alır.

Ancaq albomdakı hər foto partlamamış bir minadır. Keçmişi xilas etmək cəhdi qəhrəmanın özünü də geri dönüşü olmayan toranlığa sürükləyir.

SUM romanı yaddaşın, itirilmiş cənnətin və keçmişin insanda qoyduğu sarsılmaz izlərin metafizikasını sərgiləyən yeni Azərbaycan romanıdır.

"Yosma" isə Azərbaycanın ən qısa romanıdır.

Sərdar Aminin sayca üçüncü romanında aparıcı oğlan və dicey qızın məhəbbət dolu gecələri fonunda bitməkdə olan bir eradan bəhs edilir. Gənclərdən cəmi bir mərtəbə aşağıda qadın meyiti çürüməkdədir.

İydə ətirli Bakı küçələrində 2026-cı ilin baharında yaşanan iki gecə, üç gün ərzində böyük bir imperiya çürüyür.

Bu kitabda məhəbbət, ehtiras, ətir, ölüm və sirr bir-birinə qarışır.

Kitabların təqdimat mərasiminə giriş sərbəstdir.

Eyni bölmədən

Oxşar yazılar